Ermənilər yenidən Tovuzu atəşə tutur - Foto » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ermənilər yenidən Tovuzu atəşə tutur - Foto

Ermənistan silahlı qüvvələri növbəti dəfə Tovuz rayon istiqamətində təxribata əl atıb. Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. Güllələr və iriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Güllələrdən bir neçəsi kənd sakini Minayə Qasımovanın evini hədəf alıb.

Median.Az
Sputnik-ə istinadən xəbər verir ki, kənd sakini axşam saatlarında atışmnın başladığını və mərmi və güllələrdən bir neçəsinin onun evinə düşdüyünü söyləyib:

“Atışma axşamüstü saat 5-də başladı. Mən həyətdəydim. Gəlin evdən çıxıb məni çağırdı. Bu vaxt o dayandığı yerə bir neçə güllə düşdü. Mən elə bildim ona dəydi. Uşaqlar da çox qorxdu. Keçən atışmadan canlarında qorxu qalıb. Allaha şükür ki, xəsarətsiz ötüşdük”- deyə hadisə haqda məlumat verib.

Qeyd edək ki, iyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 17.08.20 23:52