Bakıda piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Əlixanova Məlahət Piri qızı yolu keçmək istəyərkən motoskilet onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sol budunun sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.