Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Pandemiya ilə əlaqədar məhkumlarla görüş, həmçinin sovqat və banderolların ötürülməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub:

“Artıq müəssisələrin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılıb

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib”, - məlumatda bildirilir.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          734 13.08.20 21:20