Toxuculuq sənayesi məhsuldarlığı geri qaytarmağa çalışır- VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Toxuculuq sənayesi məhsuldarlığı geri qaytarmağa çalışır- VİDEO

Karantin rejiminin yumşaldılması ilə fəaliyyətinə icazə verilən sahələrdən biri də geyim istehsalıdır. Bildiyimiz kimi, bu aylar ərzində geyimə böyük tələbat yaranmışdı. Məhz bu tələbatı nəzərə alaraq, ölkəmizdəki geyim istehsalı ilə məşğul olan müəssisələr tam gücü ilə işə başlayıblar.

Baku TV xəbər verir ki, Bakı Toxuculuq Fabrikinin işçiləri karantin müddətində itirilən hər müddətin əvəzini indi maksimum şəkildə çıxmağa çalışırlar.

230-dan çox işçisi olan müəssisədə artıq, demək olar ki, hər kəs iş başındadır. 30 nəfər isə həm sıxlıq, həm də yaş həddinə görə evdə qalsa da, əməkhaqlarını ala bilirlər.

Fabrikin rəhbəri Səkinə Babayeva bildirib ki, bu çətin dövr ərzində işçilərin sayı nəinki azaldılmayıb, hətta maska istehsalı sahəsinin işə düşməsi ilə 52 nəfər artıb. Elə məhsulları xarici bazarlara çıxarmaq da mümkün olub. Lakin müəyyən çətinliklər də yaşanıb.

Səkinə Babayevanın sözlərinə görə, əsas məqsədləri fabrikə yeni işçilər cəlb etməklə yaranan boşluqları doldurmaq və əvvəlki məhsuldarlığın bərpasıdır. Bununla da, Made in Azerbaijan brendi altında vətəndaşlarımız öz yerli məhsullarımızı seçə biləcəklər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            552 13.08.20 12:39