Hazırda Bakının “Dakar” meydanında (“Neftçilər” metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkəti dayanıb.
Oxu.Az xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.
Bu səbəbdən hazırda “Dakar” dairəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından sərnişinlər piyada gedir.