Karantin qaydalarını pozan obyekt sahibləri barəsində materiallar məhkəməyə göndərildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Karantin qaydalarını pozan obyekt sahibləri barəsində materiallar məhkəməyə göndərildi

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi tələblərə əməl olunması məqsədilə rayon ərazisində nəzarət tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində keçirilən reydlər zamanı karantin rejiminin tələblərinə əməl etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırılıb ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir. Həmçinin, mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, sosial məsafəni qorumadıqları aşkar edilib. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Reyd zamanı polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan, eləcə də qanuni tələbə məhəl qoymayan şəxslərə də rast gəlinib.

Ümumilikdə şəhər ərazisində qaydaları pozduqları üçün beş obyekt sahibi və icarədar, eləcə də polisin qanuni tələbinə məhəl qoymayan bir nəfər barəsində Ağdaş Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, göstərişin tələblərindən irəli gələn qaydalara əməl olunması üçün bu istiqamətdə reydlər növbəti günlərdə də davam etdiriləcək və tələbləri pozanlar barəsində inzibati cəza tədbirləri görüləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            864 11.08.20 16:22