TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək
Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb.

Bu barədə APA-ya Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

“Dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”, - deyə məlumatda qeyd olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          849 08.08.20 18:48