Prezidentin köməkçisindən karantinin yenidən yumşaldılması ilə bağlı AÇIQLAMA: “Addım-addım...” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Prezidentin köməkçisindən karantinin yenidən yumşaldılması ilə bağlı AÇIQLAMA: “Addım-addım...”

“Azərbaycan addım-addım yumşaldılmaya gedəcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, yumşalmalara gediləcəyi halda yoluxmaların artımı mümkündür:

“Qarşımızda duran əsas məsələ virusun yoluxma sürətinin aşağı salınmasıdır. Burada üç əsas istiqamət var. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Hər birimiz qaydalara riayət etsək, yoluxma sürəti azalacaq. İkincisi, qoyulmuş qaydalara nəzarətin həyata keçirilməsidir. Bunun yükü hökumətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq.

Bu gün Baş nazir tərəfindən böyük iclas keçiriləcək. Bütün icra qurumlarının bu istiqamətdə səy göstərməsi üçün tapşırıqlar veriləcək. Üçüncüsü, yoluxanların tez bir zamanda aşkarlanmasıdır ki, bu istiqamətdə işlər həyata keçirilir”.

O qeyd edib ki, ölkədə qoyulan qaydalara əməl edilsə, yoluxmanın sayında azalma olacaq:

“Gələn həftənin birinci günündən etibarən bütün qeyri-ərzaq mağazalarının açılmasına icazə verilib”.

“Bütün məişət xidmətləri göstərən sahibkarlara qoyulan məhdudiyyətlər ləğv edildi. Bu addımlar tədricən həyata keçirilir. Açılmaların nəticəsində virusa yoluxma riski artır. Bu risk artdıqca bütün ölkələrdə narahatlıq yaranır və sərtləşməyə keçməyi məcburi edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 542 08.08.20 13:50