Nadir Qafarzadə kəskin danışdı: “İnsanlar acından öləcəklər” – AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda


Nadir Qafarzadə kəskin danışdı: “İnsanlar acından öləcəklər” – AÇIQLAMA
“Mənim dəyərləndirməyimin fərqi yoxdur. Əgər səlahiyyətim olsaydı, tamam fərqli qərarlar qəbul edərdim. Çünki insanlar evdə pulsuz-parasız qalıblar. Pul yoxdursa, deməli, ərzaq da yoxdur. İnsanların koronavirusdan, yoxsa aclıqdan ölməsinin fərqi nədir ki? Onsuzda insanlar acından öləcəklər.”

Bunu PostNews.Az-a açıqlamasında müğənni Nadir Qafarzadə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı son qərarlarına münasibət bildirərkən deyib. O, məktəblərin bağlı olmasına da toxunub və “təhsilsizlik ölkəni inkişafdan saxlayır”-deyə fikrini ifadə edib:

“Təhsil birinci növbədədir. Məktəblər və baxçalar mütləq açılmalıdır. Çünki gənclər və uşaqlar təhsilə ehtiyac duyurlar. Nəinki gənclər, ümümi olaraq, bütün ölkə ehtiyac duyur. Düşünürəm ki, təhsil yoxdursa, deməli gələcək də yoxdur. Gələcəkdə uşaqlarımızdan savad tələb edə bilməyəcəyik.”

Müğənni, insanların aqressiv olması, şəkər, xərçəng və digər xəstəliklərin artmasının səbəbini evdə oturub, fikir etmələləriylə əlaqələndirib:

“İnsanlar açıq havada gəzməlidir, bir işlə məşğul olmalıdır və ya nə iləsə başını qatmalıdırlar. Bu gedişat bizi yaxşı yerə doğru aparmır. Ona görə də fikirləşirəm ki, dövlət səviyyəsində aidiyyatı qurumlar, yəni bu işlə kim məşğul olursa, biraz düşünsün.”

Toyların qadağan olunmasına da toxunan N.Qafarzadə, insanların bu sahədə də ciddi sosial sıxıntılar yaşadığını söyləyib:

“Eybi yox, toylar kiçik miqyasda təşkil olsun. Toylardan danışsam, camaat deyəcək ki, özünə sərf edəni danışır. Amma tək müğənni mən deyiləm, minlərlə müğənni var. Müğənnilərdən savayı toydan gəlirini təmin edən digər insanlar da var. Axı onlar da evdə qalmağa məcburdurlar. Əgər toy yoxdursa, deməli, mebel və qızıl bazarında çatışmazlıq var. Həmçinin də gözəllik salonları daha az işləyir: indi həmin salonlara 1-2 nəfər gedirsə, toylar olan zamanlar 15 nəfər gedirdi. Həmçinin də gəlinlər və bəylər orada bəzənirdi. Bunların hamısı toylarla bağlıdır. Bundan əlavə olaraq, ərzaqlar, içkilər az satılır. İnsanlara səbr arzulayıram, amma nə zamana qədər səbr etmək olar axı?! İnsanlarda artıq səbr tükənib.”

“İnsanlara 190 manat birdəfəlik ödəmə verirlər. Dükan-bazara çıxın, baxın. Qiymətlər “alışıb-yanır”. 190 manatla nə etmək olar axı?!” deyən müğənni insanlara səbirli olmağa səsləyib və aidiyyati qurumlara müraciət ünvanlayıb:

“Üstəlik, kommunal xərclər də var. Bəzi insanlar isə dərman-preparatlara ehtiyaclar duyurlar. Bundan başqa, insanlar ay ərzində 1-2 dəfə mal, 3-4 dəfə də toyuq əti yeməlidirlər. Yaydır, tərəvəzlər-badımcan, bibər, pomidor və s. ucuzdur. Amma nə vaxta qədər ancaq bunları yeyəcəklər axı. Badımcanın yanında ət, toyuq da olmalıdır. Üstəlik, yağ da lazımdır. Özü də ki, badımcan bişiriləndə yağ tələb edən tərəvəzdir. Bununla ucuzluğa getmiş kimi görünsəm də, hamısını bir yerə yığanda ciddi problemdir. 190 manat da önəmli bir məbləğ deyil. Heç olmasa, onu versinlər. Camaat evinə bir aylıq olmasa da, bir həftəlik bazarlıq edə bilsin. İnsanlar var ki, ailədə 4-5 və yaxud 10 nəfərdən ibarətdir. Bunların hamısına yemək lazımdır. Bundan başqa, uşaqlar üçün uşaq bezləri, xüsusi uşaq yeməkləri, vitanminlər almaq lazımdır. Xahiş edirəm ki, bunu aidiyyati orqanlar düşünsünlər. Bu insanlar yazıqdır. Allah səbr versin!”скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          864 06.08.20 15:17