Paytaxtda maska reydi: Onlarla şəxs cərimələndi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |    

Paytaxtda maska reydi: Onlarla şəxs cərimələndi - VİDEO

Bu gün Bakının Biləcəri qəsəbəsi və Binəqədi rayonu ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən reyd keçirilib.

Baku TV xəbər verir ki, reyd zamanı koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, beş nəfərdən artıq qrup halında toplaşan, maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb. Mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Maska taxmamağa görə 39, mənzilləri əsassız tərketməyə görə 23 nəfər şəxs cərimə olunub. Ümumilikdə, cərimələnən şəxslərin sayı 67 nəfər təşkil edir. Onu da deyək ki, bu tipli reydlərin artıq sabahdan etibarən dənizkənarı ərazilərdə də keçiriləcəyi nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 04.08.20 17:41