Pandemiya dövründə xarici ölkə təcrübələrindən Azərbaycanda niyə istifadə olunmur? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Pandemiya dövründə xarici ölkə təcrübələrindən Azərbaycanda niyə istifadə olunmur? - VİDEO

Müxtəlif təhlillər və müqayisələr onu göstərir ki, dünya ilə Azərbaycan arasında pandemiyaya yanaşma fərqlidir. O cümlədən ölkənin biznes və iqtisadi mühitində də... İqtisadiyyatın müxtəlif sahələri sərt karantin rejiminin tətbiqi ilə məhdudlaşdırılır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, pandemiya şəraitində çalışmaq üçün bu gün müxtəlif biznes sahəsi üzrə təlimat və standartlar yoxdur. Amma inkişaf etmiş ölkələrin bir çoxunda biznesin fəaliyyətinin davam etməsini formalaşdırırlar. Heç bir sahə fəaliyyətindən dayanmaq məcburiyyətində qalmır.

Mart ayından həm də ölkənin təhsil sistemi də dayanaraq distant təhsil formasının tətbiqinə başlanılıb. Amma istənilən nəticə əldə olunmayıb. Təbii ki, bir çox ölkələr kimi Azərbaycan da bu prosesə hazırlıqsız yaxalanıb.

Yeni dərs ilindən ümumtəhsil müəssisələrinin fəaliyyətinin bərpası gündəmdədir. Bəzi xarici ölkələrdə pandemiya dövrünün çərçivələrinə uyğun tədris icra olunur. Təhsil ekpertlərinin fikrincə, bu ölkələrin təcrübəsindən yararlanaraq, təhsil müəsissələri öz fəaliyyətini davam etdirə bilər.

Fəaliyyəti məhdudlaşdırılan digər sahə isə vətəndaşların tez-tez müraciət etdiyi ictimai nəqliyyatdır. Bu sahədə də xarici ölkələrin təcrübəsindən yararlanmaqda fayda var.

Nazirlər Kabineti yanında operativ qərargahın qərarları isə hələ də sərt mövqeyini saxlamaqda davam edir. Avqust ayında bir çox məhdudiyyətlərin aradan götürüləcəyini gözləyən vətəndaşlar yenə də sərt karantin rejiminin bəzi qaydaları ilə üz-üzə qalıblar. Yenə həftəsonu ictimai nəqliyyat işləməyəcək, ticarət mərkəzləri və “Mall”lar isə yenə də qapalı qalacaq. Təhsil sistemindəki müzakirələr hələ də davam edir. Yeni tədris ilinə isə çox qısa zaman qalıb.

Ətraflı Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            654 03.08.20 23:03