Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA

“Bütün çimərliklərə məsul şəxslər təhkim olunub. Digər tərəfdən, çimərlik operatorları tərəfindən müəyyən şəxslər ayrılıb ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirsinlər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlarla maarifləndirmə işləri aparılıb:

“Çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, yazılı məlumatlarla yanaşı, səsli məlumatlar da veriləcək. Çimərliklərdə işarələnmə, nişanlanma işləri aparılıb ki, insanlar gələrkən sosial məsafəni qorusunlar.

Dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının daşınması üçün kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyəcək. Artıq xüsusi qruplar ayrılıb və xüsusi təlimat alıblar. Bütün çirməliklərdə məişət tullantılarının atılması və tibbi maskaların atılması üçün konteynerlər gətirilib”.

O qeyd edib ki, qaydalara riayət edilməlidir:

“İnsanlar elə düşünməsin ki, çimərliklərə icazə verilibsə, təhlükə soruşub və rahat davrana bilərlər. Təhlükə davam edir, qaydalara ciddi riayət edilməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 102 03.08.20 17:49