Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi

Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi çərçivəsində Bakı başda olmaqla, bir sıra şəhər və rayonlarda vətəndaşların SMS-icazə və ya icaze.gov.az portalında işinə dair icazə əsasında hərəkət etməsi mümkündür.

Əks halda, karantin qaydalarının icrasına nəzarət edən polis əməkdaşı həmin şəxsi İnzibati Xətalar Məcəlləsinə görə cərimə edir. Bu müddət ərzində əsassız olaraq cərimələndiklərini iddia edən vətəndaşlar da olub. Onlardan biri belə protokolun ləğvinə nail ola bilib.

Qafqazinfo xəbər verir ki, Quba rayon sakini olan və Bakıda bankların birində sürücü işləyən şəxs Quba Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində polis əməkdaşının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib etdiyi protokolun ləğv edilməsini istəyib.

Həmin şəxs iddia ərizəsində bildirib ki, işlədiyi banka məxsus “Mitsubishi L200” markalı avtomobillə hərəkət edərkən, Ramana qəsəbəsinin çıxışından aeroport yoluna doğru gedərkən yol patrul xidməti tərəfindən qurulmuş postda saxlanılıb.

Ondan karantinlə əlaqədar evdən çıxmaqla bağlı icazəsinin olub-olmadığı soruşulub. O isə bankda sürücü işlədiyini bildirib və bununla bağlı iş icazəsini rəsmi qaydada təqdim edib. Buna baxmayaraq, polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsinin tələbinin pozulması ilə bağlı qərar qəbul edib.

Həmin qərarın surəti isə sonda ona təqdim edilməyib. Yalnız həmin gün ərzində inzibati xəta haqqında protokolun tərtib olunması haqda mobil telefonuna SMS göndərilib.

İddiaçı şəxs qeyd edib ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş protokol ləğv edilməlidir.

İşə baxılmasının yeri və vaxtı barədə protokol tərtib edən polis əməkdaşına və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməyib və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməyib. Belə olan halda, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edib.

Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir.

Belə ki, iş sənədlərinə əlavə edilmiş Elektron Hökumətin İnkişaf Mərkəzinin icaza.e-qov.az sənədin surətindən görünür ki, iddiaçı şəxsə cərimə protokolu yazıldığı müddətdə icazə verilib.

Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN BDYPİ-nə göndərilməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 910 03.08.20 15:29