İşsizlərə ŞAD XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |    

İşsizlərə ŞAD XƏBƏR

Azərbaycanda müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ tanınacaq.

Bununla bağlı "İşsizlikdən sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.

Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı üç il fasiləsiz iş stajı olmalıdır. Onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq xitam verilməlidir.

Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir.

Maddənin "b" bəndində yazılır ki, əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitan verilə bilər.

Qanun layihəsində isə yazılıb ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay keçdikdən sonra ödəniləcək.

Ancaq bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın.

Sığorta ödənişi üç ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.

Layihənin izahında bildirilib ki, qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Qanun layihəsi Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyası müddətində müzakirəyə çıxarılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 008 03.08.20 15:15