Mojo.az Banner
21:11 "Şəki" kafesində nöqsanlar aşkarlandı  |     21:02 ADY vətəndaşlara müraciət etdi - VİDEO  |     20:57 Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü  |     20:49 Kim Çen In 13 yaşlı qızını varisi təyin edib  |     20:44 İcra başçısının sabiq birinci müavini niyə döyülüb?  |     20:36 Hər gün 22 min insanı öldürən təhlükə - Həkim xəbərdarlıq edir  |     20:30 Aygün Kazımovanın vergiyə külli miqdarda borcu yığılıb  |     20:22 Bakı KOB evinin direktoru vəzifəsindən azad olundu  |     20:17 Aşıqlar Birliyi: Aşıq Tellinin mərhum qardaşı üzvümüz deyildi  |     20:09 İş adamına qarşı 300 min manatlıq armatur satmaq adı ilə dələduzluq edildi  |     20:03 "Salt Hotel"də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb  |     19:55 Evlərin və torpaqların sənədləşdirilməsi üçün mühüm qərar: Nələr dəyişəcək? (Video)  |     19:49 Yasamal qəbiristanlığında ölülərin qızıl dişlərini oğurlayan şəxs cəzalandırılıdı  |     19:42 ÜST-dən xəbərdarlıq: 94 milyon insan bu səbəbdən görmə qabiliyyətini itirir  |     19:37 Sərxoş olub qonşunun qapısını döydü, həbs olundu  |     19:28 Dələduzluq edən şəxs axtarışa verildi  |     19:23 Övladını həbsdən çıxarmaq istədi, dələduzluğa məruz qaldı  |     19:15 İnsanlar daha az pivə içir, məşhur şirkət minlərlə işçisini ixtisar edir  |     19:10 Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama (Video)  |     19:03 İnternet tanışlıqları xoşbəxt münasibətlərə səbəb olurmu? - Yeni sorğu  |    
Left Banner
Right Banner

Büdcədən koronavirusla bağlı ayrılacaq pullar - RƏSMİ + MƏBLƏĞ

01.08.2020 14:51 1 702
Büdcədən koronavirusla bağlı ayrılacaq pullar - RƏSMİ + MƏBLƏĞ
Koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Azərbaycanın 2020-ci il dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan layihənin izahatında yazılıb.

Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır.

Koronavirus infeksiyasının yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək.

Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına yönəldiləcək.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.скачать dle 11.3
Mojo.az Banner