İkinci əl geyim mağazalarının pandemiyadan sonrakı vəziyyəti necə olacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |    

İkinci əl geyim mağazalarının pandemiyadan sonrakı vəziyyəti necə olacaq?

Pandemiyadan sonra ikinci əl geyimləri satan iri veb saytlar çiçəklənsə də, kiçik mağazalarda vəziyyət fərqlidir. Pandemiyadan əvvəl Los Ancelesdə yaşayan Lori Sigelman adlı bloger üçün belə yerlərdə gəzinti bir növ gündəlik ritual idi.

Median.Az xəbər verir ki, bloger pandemiyadan dolayı ikinci əl geyim mağazalarında durğunluq yaşandığını bildirib. Bir çoxları gigiyena ilə bağlı narahatdır, amma Lori öz araşdırmasında bu qənaətə gəlib ki, virus səthdə uzun müddət qalmır, odur ki, bu cür alış-veriş müəyyən yoluxma riski daşımır. Dünyada bu cür alıcılar çoxdur: koronavirus qorxusu onları sərfəli təklif, ikinci əl geyim və aksessuarlardan imtina etməyə məcbur etməyəcək.

Venesiyada yaşayan Mişel Plantin isə karantin zamanı bir neçə vintaj məhsulu onlayn sifariş edib. O əmindir ki, bu cür alış-veriş mağazaya getməklə müqayisə oluna bilməz. "Mağazaları gəzib paltar axtarmaq sehrli anlardır. Xüsusilə vintaj məhsullardan söhbət gedirsə, parça və keyfiyyəti yoxlamaq çox vacibdir və bu onlayn mümkün deyil", - o, açıqlamasında qeyd edib.

Bununla birlikdə markalar illər boyu sistemlərini dəyişdirdikcə ölçü ilə bağlı problemlər yarana bilər.

Sirr deyil ki, pandemiya hətta dünyanın ən böyük markalarına ziyan vurub, kiçik müəssisələrin itkisi haqqında danışmağa ümumiyyətlə dəyməz. Bütün dünyada satışlar çox aşağı düşüb, lakin vintaj butiklərin sahibləri normal satışlara qayıtmaq ümidini itirmir, amma artıq yeni reallıqda. (publika.az)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 252 31.07.20 21:22