COVİD-19 təslim olmur: İngiltərə karantin tədbirlərinə qayıtdı » Median.Az - Bütün xəbərlər bir ünvanda


COVİD-19 təslim olmur: İngiltərə karantin tədbirlərinə qayıtdı
İngiltərənin Baş naziri Boris Conson davam edən koronavirus hücumu üzündən antivirus tədbirlərini yumşaltmaqdan imtina edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Buna qədər güman edilirdi ki, avqustun 1-dən ölkədə kinoteatrlar, idman və gözəllik salonları açılacaq. Ancaq bunun təxirə salınmasına qərar verilib. Rəsmi statistikaya görə, krallıqdakı COVID-19 hadisələrinin sayı may ayından bəri ilk dəfə artmağa başlayıb.

"Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, koronavirus qayıda bilər", - deyə hökumət başçısı qərarını əsaslandırıb.

Virus nəzarət altına alınarsa, iki həftədən sonra yumşalmalar tətbiq olunacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 036 31.07.20 18:39