Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanın MMA-dakı ilk qadın idmançısı ikinci döyüşünü keçirəcək
Azərbaycanın peşəkar MMA-dakı ilk qadın döyüşçüsü Suad Səlimova bu növdə ikinci döyüşünü keçirəcək.

Bu barədə xanım döyüşçü özü “Facebook” profilində paylaşım edib.

O bildirib ki, mövcud koronavirus pandemiyası sona yetəndən sonra növbəti qarşılaşmasına çıxacaq.

Hələlik Suad Səlimovanın rəqibinin kim olduğu barəsində məlumat yoxdur.

Qeyd edək ki, MMA-ya peşəkar kikboksinqdən keçid etmiş “Dəmir qız” (“Iron Girl”) ilk döyüşünü 2018-ci ildə Romada keçirmişdi.

İlk rəqibi yerli idmançı Maria Vittoria Kolonna olan Suad sözügedən döyüşdə məğlub olmuşdu.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          410 30.07.20 11:58