Koronavirusla bağlı son STATİSTİKA » Median.Az - Bütün xəbərlər bir ünvanda


Koronavirusla bağlı son STATİSTİKA
Dünyada 16 895 202 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxan 663 476 xəstə ölüb, 10 458 632 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa yoluxma ən çox ABŞ (4 498 343 nəfər), Braziliya (2 484 649 nəfər) və Hindistandadır (1 532 135 nəfər).

Sərhəd qonşumuz Rusiya 823 515 yoluxma ilə siyahıda dördüncüdür.

İranda 296 273, Türkiyədə 227 982, Ermənistanda 37 629, Gürcüstanda 1 145 nəfərdə koronavirus aşkar edilib.

Qonşu dövlətlər arasında koronavirusdan ən çox ölüm halına (16 147 nəfər) İranda rast gəlinir.

Azərbaycanda koronavirusa yoluxan 30 858 nəfərdən 430-u ölüb, 23 873-ü sağalıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          445 29.07.20 14:12