Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı
Bakının Sabunçu rayonunda iyulun 28-də saat 19:50 radələrində cinayət hadisəsi törədilib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ramana qəsəbəsində 2003-cü il təvəllüdlü bərbər Akif Məmmədov salonun yaxınlığında 2002-ci il təvəllüdlü dostu Emral Əsgərova qayçı ilə kürək və sinəsinə nüfuz edən zərbələr endirib.

Hadisəni törədəndən sonra o, qaçaraq gizlənib. Hazırda 12-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin tutulması üçün tədbirlər həyata keçirirlər.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, faktla bağlı bədənə ağır xəsarət yetirmə maddəsi ilə cinayət işinə başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          557 29.07.20 13:43