Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən ana tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən ana tutuldu
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bununla bağlı Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 228.4, 317-2.1, 66.2, 93.1.4, 67.1, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək on il üç ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          559 28.07.20 20:00