Həbib karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


Həbib karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirəcək
UFC-nin prezidenti Deyna Uayt bildirib ki, məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

D.Uayt bu barədə Bjpenn.com saytına açıqlamasında qeyd edib.

“Aydındır ki, hazırda Həbib Geyci ilə görüşü düşünür. Mən Həbibin 30-cu döyüşündə rəqibinin kim olacağını bilmirəm. Bilirəm ki, Konor Makqreqor həmişə bu revanşın baş tutmasını istəyib.

Jorj Sen-Pyerlə döyüşmək? Əlbəttə ki, bu, onun karyerasının son döyüşü ola bilər. Bu uşaqlar möhtəşəmdir. Mən Həbibə böyük hörmət bəsləyirəm və onun istəklərini həyata keçirməyə hazıram”, - deyə UFC-nin prezidenti vurğulayıb.

Qeyd edək ki, iyulun 3-də H.Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov vəfat edib.

Bu hadisədən sonra H.Nurməhəmmədovun növbəti rəqibi - ABŞ təmsilçisi Castin Geyci ilə görüşü müvəqqəti təxirə salınıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          746 28.07.20 14:29