Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötdü
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 16 milyonu ötüb.

Bu ana olan statistikaya görə, yoluxanların ümumi sayı 16 074 384 nəfərdir. Onlardan 645 214 nəfər vəfat edib.

Koronavirusdan sağalanların dünya üzrə sayı isə 9 821 781-ə bərabərdir.

Yoluxanların ümumi sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Bu ölkədə 4 281 314 nəfər COVID-19 xəstəsi var. Sonrakı yerləri isə Braziliya və Hindistan paylaşırlar.

Azərbaycanda koronavirusa yoluxan şəxslərin ümumi sayı isə 29 633 nəfərdir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          690 25.07.20 22:27