Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |     13:56 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |    

Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır, stabil olaraq qalır”.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Əməkdar artistin hemodinamik göstəriciləri qaydasındadır:

“Udqunma və qidalanmada narahatlıq müşahidə edilmir. Fəaldır, yeriyir. Mövcud olan traxeostomik boru daha kiçiyi ilə dəyişdirilib. Son iki gün ərzində həmin boru qapalı saxlanılıb və xəstə fizioloji yolla, burun-ağız yolu ilə tənəffüsdədir.

Yaxın günlərdə həmin borunun da tamamilə çıxarılması nəzərdə tutulur. Ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsini nəzərə alaraq, infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 151 22.07.20 13:48