Azərbaycan Ordusu düşmənin hərbi hədəflərinə zərbələr endirib - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |    

Azərbaycan Ordusu düşmənin hərbi hədəflərinə zərbələr endirib - RƏSMİ

“Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub:

“Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər.

Buna baxmayaraq, Azərbaycan Ordusu tərəfindən düşmənin yalnız hərbi hədəflərinə qarşı zərbələr endirilib. Qəsdən Azərbaycan kəndlərini, mülki insanları və mülki obyektləri hədəfə alan Ermənistan silahlı qüvvələri bölmələrinin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susdurulub”.

Bildirilib ki, Azərbaycan Ordusu son döyüş əməliyyatları zamanı sərəncamındakı, müasir informasiya texnologiyalarından istifadə edilməklə yüksək dəqiqliklə idarə olunan və geniş ərazidə dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsini istifadə edib:

“Bu, hələ hamısı deyil. Son döyüşlərdə qoşunlarımızın düşmən mövqelərini, hərbi obyektlərini, döyüş texnikası, canlı qüvvəsi və ehtiyatlarını necə dəqiqliklə məhv etdiyi təqdim edilmiş videomateriallardan da aydın müşahidə edilib. Bu Azərbaycan Ordusunun döyüş imkanlarının, hərbi potensialının və şəxsi heyətin peşəkarlığının göstəricisidir.

Əminliklə deyirəm ki, Ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, sərəncamında olan döyüş əməliyyatlarının aparılması və təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 261 18.07.20 14:26