Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Hakerlər smartfonları uzaqdan partlatmağı öyrəniblər

Hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər.

“cnTechPost”un məlumatına görə, bu barədə “Tencent Security Xuanwu Lab”ın apardığı araşdırmadan sonra məlum olub.

Proqram təminatındakı zəiflik mütəxəssislər tərəfindən “BadPower” adlandırılıb. Belə ki, hakerlər devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər.

Bir çox digər zəifliklərdən fərqli olaraq, “BadPower” şəxsi məlumatların oğurluğu ilə deyil, telefona fiziki hücumla bağlıdır. Hücumçular şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır.

Mütəxəssislər səkkiz fərqli markadan olan 35 sürətli şarj cihazını sınayıblar və onlardan 18-nin bu cür hücumlara həssas olduğunu təsbit ediblər.

“BadPower”dən qorunmaq üçün mütəxəssislər mütəmadi olaraq smartfonların təminat proqramlarını yeniləməyi və mümkün qədər digər insanların şarj cihazlarından istifadə etməməyi məsləhət görürlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            897 18.07.20 14:06