Kaliforniyada yaşayan azərbaycanlılar Ağ Ev administrasiyasına petisiya ünvanladı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |     12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |     11:55 Bakıda gənc oğlanı avtobus vurub  |     11:53 Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO  |     11:52 Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi  |     11:51 KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi  |     11:42 Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB  |     11:31 Sumqayıt sakini: “Gözümüzü açıb belə görmüşük, məcbur olub taksidən istifadə edirik” - VİDEO  |    

Kaliforniyada yaşayan azərbaycanlılar Ağ Ev administrasiyasına petisiya ünvanladı - FOTO

Kaliforniyada yaşayan soydaşlarımız ölkəmizin Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatla bağlı petisiya hazırlayaraq, Ağ Ev administrasiyasına və 30-a yaxın Konqres nümayəndəsinə ünvanlayıblar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ermənistanın 12 iyul tarixli hərbi təxribatı barədə ətraflı məlumat verilən müraciətdə bildirilib ki, Tovuz bölgəsi Azərbaycanın şimal-qərbində, Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayondan çox uzaqda yerləşir:

“Ermənistanın bu bölgəyə hücumu, təxribatın ərazilərin genişləndirilməsi məqsədi ilə həyata keçirildiyini sübut edir”.

BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası, Avropa Parlamenti, NATO, İƏT, NAM (Qoşulmama Hərəkatı) və bir çox digər beynəlxalq təşkilatların Ermənistandan öz hərbi qüvvələrini işğal olunmuş bölgələrdən tam və dərhal çıxarılmasını tələb etdiyini xatırladan müraciət müəllifləri qeyd ediblər ki, buna baxmayaraq, bu günə qədər Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altında qalmaqdadır.

Müraciətin sonunda Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycanın dövlət sərhədinə hücum etməsinə, Azərbaycan hərbçilərini və dinc sakinləri qətlə yetirməsinə görə məsuliyyətə cəlb olunması tələb edilib:

“Sizdən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını, Ermənistandan beynəlxalq hüquq normalarına və insan hüquqları konvensiyasına əməl etməsini, Azərbaycanın əzəli torpaqları hesabına ərazisini genişləndirmək cəhdlərini dayandırmasını tələb etməyinizi xahiş edirik”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            731 16.07.20 14:09