Müdafiə Nazirliyi: “Azərbaycan tankı vurulmayıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda


Müdafiə Nazirliyi: “Azərbaycan tankı vurulmayıb”
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumatı təkzib edib.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu, yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”, - o qeyd edib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          763 16.07.20 12:43