Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO

14.07.2020 22:01 3 961
Millimizin sabiq üzvü: “Qadağaya baxmayaraq, Norveçdə şəhidləri yad etdim” - VİDEO
“Aprel döyüşləri zamanı Avropa çempionatında mənə məşqçilərim dedilər ki, bu çəkini qaldırsan, medal sənindir. Hakimlər də mənə bildirdi ki, iştirakından sonra hərbiyə aid nəsə hərəkət etsən, səni yarışdan kənarlaşdıracağıq və medal qazansan da o, əlindən alınacaq”.

Median.Az xəbər verir ki, bunu ağırlıqqaldırma üzrə millimizin sabiq üzvü Elmar Əliyev deyib.

O, 2016-cı ilin aprelin 8-16-sı tarixlərində Norveçin Förde şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 56 kq çəki dərəcəsində yarışıb. O, təkanla qaldırma hərəkətində əvvəlcə 130, sonra 133, sonda isə 136 kiloqramın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının kiçik bürünc medalına sahib çıxıb.

Ötən il dopinqə düşdüyü üçün dörd illik cəzalandırılan və bununla da idmançı karyerasını başa vuran Elmar Əliyev Norveçdə olan həmin tarixi hadisəni belə xatırlayıb:

“Mən hakimlərə məhəl qoymadım. Yanaşmamı bitirdim, nəticəmi etdim və heç nəyi fikirləşmədən şəhidlərimizi yad etdim. İndi də şəhid olan qardaşlarımız üçün nə lazım olsa edərik ve qanlarını yerdə qoymarıq. Allah şəhidlərimizə rəhmət eləsin!”//oxu.az

Son xəbərlər