Лондон
C

Oğlu tərəfindən öldürülən Ucar sakininin qətlinin TƏFƏRRÜATI

İyulun 11-də Göyçay Mərkəzi Rayon Xəstəxanasında münaqişə nəticəsində xəsarət almış Ucar rayonu Bərgüşad kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasov vəfat edib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İstintaq zamanı məlum olub ki, bellə B.Abbasovun başına zərbəni onun oğlu Əhliman Abbasov (1994-cü il təvəllüdlü) endirib.

Daha əvvəl kütləvi informasiya vasitələrində B.Abbasovun balta ilə öldürüldüyü barədə məlumatlar yayılmışdı. Ancaq sonradan aydınlaşdı ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Məlum olduğu kimi, Əhliman Abbasovla əmisi oğlu Asif Abbasov arasında insident onların birlikdə spirtli içki qəbul etdiyi məclisdən sonra başlayıb.

İki şəxs arasında baş vermiş davaya içkili vəziyyətdə olan Bayram Abbasov da müdaxilə edib. O, oğlunu müdafiə etmək istəsə də, fiziki cəhətdən buna gücü çatmayıb. Əmisi oğlunun atasına zərbələr endirdiyini görən Əhliman Abbasov belə əl atıb, lakin Asif Abbasova zərbə endirmək istəyərkən səhvən atasını vurub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işinə başlanılıb.

Qeyd edək ki, bu hadisə Abbasovlar ailəsinin ilk qanundan kənar davranışı deyil. Hazırda B.Abbasovun qardaşı narkotik alverinə görə həbs cəzası çəkir.

Üç il əvvəl isə Bayram Abbasovun oğlu həyat yoldaşını daşla vuraraq qətlə yetirib. Cinayət hadisəsi qonşu kənd olan Yuxarı Çiynidə kəndində törədilib.

Eyni zamanda B.Abbasovun yaxın qohumlarından biri də dəmir barmaqlıqlar arxasındadır.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев