Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın Rusiyadakı səfirindən sərt xəbərdarlıq: “Genişmiqyaslı müharibə başlaya bilər”

13.07.2020 15:22 1 314
Azərbaycanın Rusiyadakı səfirindən sərt xəbərdarlıq: “Genişmiqyaslı müharibə başlaya bilər”
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərin böyük toqquşmalara çevrilə biləcəyini istisna etməyib.

“Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər yeni və sensasiyalı hadisələr deyil. Azərbaycan Prezidenti İlham Əliyev də, mən də dəfələrlə vurğulamışıq ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Söhbət yalnız Dağlıq Qarabağdan getmir, söhbət ondan getmir ki, kimsə erməni əsilli insanları oradan qovmaq istəyir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Siz necə düşünürsünüz, infrastrukturu inkişaf etmiş, zəngin, 10 milyonluq ölkə öz ərazilərinin sonsuza qədər işğalda qalmasına imkan verəcək? Axı, bu mümkün deyil”, - deyə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib.

Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir.

Bu baxımdan Polad Bülbüloğlu bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını da istisna etməyib:

“Azərbaycan ərazisi işğalda saxlanılana qədər bu cür hadisələr qaçılmazdır. Biz bu barədə 2016-cı ildə, aktiv hərbi əməliyyatlar baş verən zaman da demişik. Təəssüf ki, böyük ölkələr, qonşularımız bu münaqişəni dondurmağa çalışır ki, o, qeyri-müəyyən müddətədək davam etsin. Danışıqlar danışıqların aparılması naminə gedə bilməz. Müzakirələr nəticə verməlidir. Danışıqlar nəticə verməsə, təbii ki, hərbi əməliyyatlar olacaq. Buna görə, mövqeyimizi birdəfəlik anlamaq lazımdır. Biz bunu dəfələrlə demişik ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir, onlar Azərbaycan ərazisindədirlərsə, belə toqquşmalar davam edəcək və bir gün bütün bölgə üçün fəlakətə səbəb ola biləcək genişmiqyaslı müharibəyə çevrilə bilər”.

Son xəbərlər