Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyyə olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda


Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyyə olunur
Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə vətənə təxliyyə olunur.

Bu barədə Report-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Hazırda vətəndaşlar Gürcüstan ərazisinə “Sarpi” sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          599 13.07.20 11:54