Sabunçuda karantin qaydalarını pozan istixana aşkarlandı, sahibi cərimələndi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Sabunçuda karantin qaydalarını pozan istixana aşkarlandı, sahibi cərimələndi - VİDEO
Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib.

Belə ki, rayon ərazisindəki 2 nömrəli sovxozda yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb.

“Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib.

Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərinin icazəsinin olması müəyyən edilsə də, digər 23 nəfərin birotaqlı tiklidə sosila məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb.

22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə cərimələniblər.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          709 10.07.20 19:59