Feysbuka qarşı kütləvi boykot davam edir - Zuckerberg 7 milyard itirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |    

Feysbuka qarşı kütləvi boykot davam edir - Zuckerberg 7 milyard itirdi

Kanadada yerləşən 5 ən böyük bank da Feysbuk sosial şəbəkəsini irqçilik, zorakılıq və yanlış məlumatların yayılması ilə ciddi mübarizə aparmamaqda ittiham edərək, sözügedən şəbəkənin beynəlxalq boykotuna qoşulub.

Median.Az
ted.az-a istinadən bildirir ki, aksiya ABŞ-ın polis vəhşiliyinə qarşı etirazları və irqi dözümsüzlük təzahürləri ilə birbaşa bağlıdır.

Mütəxəssislərin fikrincə, Şimali Amerika şirkətləri tərəfindən atılan bu addım müştəri sədaqətini qorumaqla, qeyri-sabit vəziyyətdə düzgün davranış yolunu tapmaq cəhdidir.

Scotiabank, RBC, CIBC, BMO və TD kimi məşhur banklarda bir aydır ki, şəbəkə platformasındakı reklamları donduracaqlarını söyləyiblər.

Ölkənin ən böyük kredit ittifaqları federasiyası Desjardins Group da aksiyaya qoşularaq, Feysbuk və İnstaqramdakı reklamlarını dayandıracaq. Boykot insan haqları qurumları, o cümlədən, Anti-Defamation League və National Association for the Advancement of Colored People tərəfindən təşkil edilib.

#StopHateForProfit adlı aksiya, böyük marka və şirkətləri, irqçiliyin, zorakılığın və yanlış məlumatların yayılması ilə mübarizə üçün yetəri qədər tədbir görmədiyi iddia edilən sosial şəbəkələrlə işlərini dayandırmağa çağırır.

Kampaniya iştirakçıları iddia edirlər ki, Feysbuk şirkəti may ayının sonundan başlayan etiraz aksiyalarının üzvlərinə qarşı öz platformasında zorakılığa çağırışları yerləşdirməyə imkan verir.

Buna nümunə olaraq isə mayın 25-də afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi videosunun şəbəkədə nümayişi göstərilib. Etirazçılar "sistematik irqçiliyə" və guya ABŞ-da hökm sürən "ağ üstünlük" mədəniyyətinə qarşı çıxırlar.

Aksiyaçılar sosial şəbəkəni "tanınmış ağ millətçilərlə işlədiyi" iddia edilən Breitbart News və Daily Caller kimi xəbər portalları ilə əməkdaşlıq etdiyini də qeyd edirlər. Eyni zamanda, bu portalların hər ikisi Respublika Partiyasının tərəfdarlarına yönəlmiş və Prezident Trump-ı dəstəkləyən xəbər nəşrləridir.

Adidas, Reebok, Puma, North Face və Levi Strauss kimi geyim istehsalçıları, Coca-Cola, Unilever və Starbucks qida şirkətləri, həmçinin İT və mobil nəhənglər Microsoft, HP və Verizon da daxil olmaqla bir sıra böyük korporasiyalar da aksiyaya qatılıb.

ABŞ mediasına görə, iyulun əvvəlinə oan statistikaya əsasən, 500-dən çox şirkət boykota dəstək verib. Business Insider portalının məlumatında deyilir ki, Feysbukun qurucusu Mark Zuckerberg-in 23-28 iyun tarixlərində, yəni boykot həftəsində sərvəti 7 milyard dollar azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 039 09.07.20 21:37