DİN-dən Xırdalanda karantin rejiminin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |     13:11 İran XİN: “Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq”  |     13:09 Üç manat siqaret puluna görə əmisini öldürdü  |     13:08 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     12:59 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:56 Azərbaycanda zəlzələ olub  |     12:55 Azərbaycan nefti ucuzlaşıb  |     12:53 Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb  |     12:48 Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT  |     12:43 52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO  |     12:30 Tərtərdə qədim tarixin dağıdılmış izləri - VİDEO  |     12:16 Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO  |    

DİN-dən Xırdalanda karantin rejiminin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) bu gün Xırdalanda sakinlərin karantin qaydalarına riayət etməməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları mütəmadi olaraq ərazilərdə koronavirusla mübarizə çərçivəsində xidmət aparırlar:

“Bəzi xəbər saytlarında Xırdalan sakinlərinin karantin qaydalarını pozması ilə bağlı xəbər yerləşdirilib.

Bununla bağlı qeyd etmək istəyirik ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki parklarda, supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar”.

Z.Hüseynov polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı karantin qaydalarını pozan şəxslər barəsində protokolların tərtib edildiyini də vurğulayıb:

“Həmin parkda da fasiləsiz olaraq polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar xidmətə cəlb ediliblər. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həmin parkda reydlər keçirilir.

Sonuncu belə reyddə müvafiq icazəsi olmayan, o cümlədən, sosial məsafəni gözləmədən beş nəfərdən artıq toplaşaraq, hərəkət edən 20 nəfər şəxs RPİ-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            657 07.07.20 17:37