Koronavirusun daha bir simptomu açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Koronavirusun daha bir simptomu açıqlandı

Stomatoloqlar koronavirusun xəstələrin ağız boşluğunda bir sıra iltihabi proseslərə səbəb ola biləcək fərqli xüsusiyyətini aşkar ediblər.

Bu barədə “İzvestiya” qəzeti yazıb.

Braziliyalı həkimlər COVID-19-a yoluxduqdan sonra xəstəxanaya yerləşdirilən bəzi xəstələrin dilində xoralar və ləkələrin, həmçinin çatların əmələ gəldiyi barədə müşahidələrini bölüşüblər. Həkimlər bunların koronavirus infeksiyası səbəbindən səhhətin sistematik pisləşməsi nəticəsində meydana gələn ikinci dərəcəli zədələnmə olduğunu bildiriblər.

Koronavirusun oral əlamətləri və simptomları arasında dadbilmə pozğunluğu, qanaxma, kandidoz, travmatik xoralar və dilin, selikli qişanın digər müxtəlif zədələnmələri də göstərilib.

Daha öncə bildirilirdi ki, koronavirusa yoluxmuş və şəkərli diabetdən əziyyət çəkən pasiyentlər ağızlarının tez-tez qurumasından şikayətlənirlər. Bu simptomun infeksiyanı müalicə etmək üçün istifadə olunan dərmanların yan təsiri ola biləcəyi istisna edilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 145 07.07.20 15:29