Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |    

Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək

“Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 200 mənzil alıb. Xüsusi karantin dövrü bitəndən sonra həmin mənzillər də şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumilikdə, mənzillə təminat prosesi il ərzində davam edəcək, ötən il 934 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilibsə, cari ildə bu say azı 1 500 olacaq.

S.Babayev bildirib ki, həmçinin, bu il artıq 100 avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. 2020-ci ildə 400 avtomobilin həmin kateqoriyadan olan vətəndaşlara verilməsi nəzərdə tutulub.

Ümumilikdə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7 900-ə yaxın mənzil və fərdi ev, müharibə əlilləri və onlara bərabər tutulanlara 6 850 minik avtomobili verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 06.07.20 18:30