Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb
Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N. Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          759 04.07.20 19:06