Yeni salınmış şəhərciyin bitməyən problemləri - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yeni salınmış şəhərciyin bitməyən problemləri - VİDEO
Suraxanı rayonun Quşçuluq fabriki adlanan ərazisində yeni salınmış şəhərcik. O şəhərcik ki, adından göründüyü kimi heç konkret ünvanı da yoxdu.

Burada lazım olan yeri tapmaq sözün əsl mənasında adamda məharət istəyir ki, deyəsən onu da biz bacarmışıq. Gələk əsas məsələyə.

Şəhərciyin sakinlərinin problemləri saymaqla bitmir. 300-dən çox ailə yolsuzluqdan, məktəbsizlikdən, kanalizasiya, rabitə və internet xəttinin olmamasından əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, indiyə qədər yaşadıqları yerdə avtobuslar fəaliyyət göstərirmiş. Lakin sonradan nə baş verdisə, avtobuslar da onlardan üz döndərib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xanoğlan Allahverdiyev bildirdi ki, problemdən xəbərdardırlar.

Onun sözlərinə görə, həmin yaşayış massivindəki problemlər dövlət proqramına uyğun olaraq aradan qaldırılacaq.

Biz də ümid edək ki, aidiyyatı qurumlar sadalanan problemləri həll edəcək, yaxud ən azından həll etmək üçün səy göstərəcəklər.

Məsələ ilə bağlı Baku TV-nin hazırladığı süjeti təqdim edirik:


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 049 04.07.20 17:44