Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar - FOTO/VİDEO

04.07.2020 15:17 3 076
Qeyri-qanuni yollarla Bakıdan Qəbələyə getdilər, cəzalandırıldılar - FOTO/VİDEO
Karantin rejimi günlərində icazələri olmadan qeyri-qanuni yollarla Bakıdan Qəbələyə gedən şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbir görülüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Qəbələdə yerləşən hotellərdə, istirahət mərkəzlərində və gündəlik kirayə evlərdə qalan Bakı şəhər sakinləri müəyyən edilib.

Həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, Təhlükəsiz Şəhər Xidməti və digər texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin günlərində Bakı şəhərindən Qəbələyə gəldikləri məlum olub.

Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.

Gələcəkdə bu cür qayda pozuntularının olacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb. İcazələri olub, iş məqsədilə rayona ezam olunan vətəndaşlara da rast gəlinib.

Polis əməkdaşları tərəfindən onlar planşetlə yoxlanılıb və həqiqətən də, müəyyən olunmuş müddət ərzində iş məqsədilə Qəbələyə gəldikləri aydınlaşıb. Onların hərəkətinə hər hansı məhdudiyyət tətbiq edilməyib.






Son xəbərlər