Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Poçt şöbələri şənbə və bazar günləri də işləyəcək

İyulun 20-dək davam edəcək sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri şənbə və bazar günləri də fəaliyyət göstərəcək.

Bu barədə qurum tərəfindən məlumat verilib.

Məlumata görə, şənbə və bazar günləri Bakıda yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri işləyəcək.

Həmçinin, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərində və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarında müştəri xidmətləri şöbələri və Bakı, Sumqayıt və Cəlilabadda yerləşən “Şəbəkə” xidmət mərkəzləri həftə sonları da xidmət göstərəcək.

Digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri adi iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

Xatırladaq ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il tarixli müvafiq qərar verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 664 04.07.20 14:12