Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |    

Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının daha dörd əməkdaşında koronavirusa yoluxma halı aşkar edilib. Bununla da xəstəxanada COVID-19-a yoluxanların sayı 12 nəfərə çatıb.

Bu barədə Azvision.az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.

“Neyrocərrahiyə, reanimasiya, travmatologiya və başqa şöbələrin işçiləri arasında yoluxma var. Lakin kütləvi yoluxmadan söhbət gedə bilməz. Bura koronavirusla işləməyən xəstəxanadır və xəstələr müxtəlif travmalarla gəlir, onlara təcili yardım edilir.

Həkimlərimizi maksimum dərəcədə qorumağa çalışırıq, maska taxırlar, əlcək geyinirlər. Lakin kombinezon geyinib travmalı xəstələrə baxmaq mümkün olmur. Koronaviruslu xəstələrlə işləyən xəstəxanada tam qorunan, kombinezon geyinən həkimlər də virusa yoluxur. Yəni belə xəstələrlə gündəlik işləməyənlər də yoluxa bilər. Bu normaldır. Yoluxanlar arasında ağır vəziyyətdə olanlar yoxdur".

R.Sadıxov qeyd edib ki, xəstəxananın tibb heyəti mütəmadi olaraq testlərdən keçirilir:

“Yoluxmaların çoxu təmas nəticəsində baş verib. Xəstə gəlir, koronavirus olduğu bilinir, biz onu başqa xəstəxanaya göndəririk. Onunla kimlər təmasda olursa, həmin şəxsləri potensial daşıyıcı kimi qəbul edirik və analiz edilir. Həkimlər arasında evdə ailə üzvlərindən yoluxanlar da var. Yoluxma hər yerdə ola bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            633 02.07.20 19:44