İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda


İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?
AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır: ⠀

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. ⠀

Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları, eləcə də həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          333 02.07.20 15:17