Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda Aİ-95 benzininin bahalaşmasının səbəbi açıqlandı
Bu gündən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzin bahalaşıb.

“SOCAR Petroleum” şirkətindən APA-ya verilən məlumata görə, Aİ-95 markalı yanacaq 0,10 manat bahalaşaraq 1,20 manat olub.

“Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır”, - şirkətdən qeyd ediblər.

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1,20 manatdan 1,10 manata endirilmişdi.

Xatırladaq ki, sözügedən “Premium” markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          746 01.07.20 12:52