Uşaqların zarafatı faciə ilə sona çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Uşaqların zarafatı faciə ilə sona çatdı
Rusiyanın Krasnodar vilayətində, Anapa şəhərində Qara dəniz sahilində oynayan uşaqlar bir-birlərini qumda basdıran zaman faciə baş verib.

“Anapskoe Chernomorye” xəbər verir ki, çoxuşaqlı ailə Vityazevo qəsəbəsində dincəlmək üçün ev tutublar. Ata-anası yatan zaman valideyn nəzarətindən kənarda qalan üç uşaq bir-birlərini qumda basdıraraq oynamağa başlayıblar.

Onların ikisi zarafatla ən kiçik- səkkiz yaşlı uşağın üstünü tamamilə qumla örtüblər. Bu zaman havasız qalan azyaşlı ölüb.

Hadisə yerinə xilasedicilər, təcili yardım və polis cəlb edilib. Uşağı həyata qaytara bilməyiblər.

Hüquq-mühafizə orqanları ölümün səbəblərini araşdırır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          554 01.07.20 11:41