Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Sumqayıtda modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirildi

“Sumqayıtda artıq fəaliyyətə başlayan modul tipli xəstəxanaya 44 koronavirus xəstəsi yerləşdirilib. Onlar orta ağırlıq dərəcəsində olan xəstələrdir”.

Bunu Xeberle.com-a açıqlamasında Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova deyib.

S.Sadıxova bildirib ki, oksigen dəstəyinə ehtiyacı olan xəstələr isə Sumqayıt pandemiya xəstəxanasının əsas korpusunda müalicələrini davam etdirirlər:

“Nəzarət 2 saylı şəhər xəstəxanasının rəhbərliyinə həvalə edilib. Burada üç növbəli sistem qurulub və 35 tibb personalından ibarət işçi heyəti var”.

Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən modul tipli xəstəxana üç bölmədən, 100 palatadan ibarətdir və 200 çarpayılıqdır.

Palataların hər biri süni tənəffüs aparatı və zəruri avadanlıqla təchiz edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 747 30.06.20 12:38