Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döyərək qarət etdi
Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.

APA-nın məlumatına görə, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək, içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A.Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          814 30.06.20 11:30