Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında |
Mojo.az Avto
Mojo.az Avto

Lukaşenko koronavirusla bağlı qorxularından danışdı - VİDEO

29.06.2020 12:12 2 580
Lukaşenko koronavirusla bağlı qorxularından danışdı - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusla bağlı keçirdiyi narahatlıq hisslərindən danışıb.

Bu barədə etiraflarını o, “Belarus-1” televiziya kanalının efirində edib.

A.Lukaşenkonun sözlərinə görə, son bir neçə ayda o, vətəndaşların etimadını doğrultmayacağından qorxub.

“Mən axmaq deyiləm, başa düşürəm ki, dünyada yalnız bir ölkə bu virusa qarşı mübarizədə xüsusi yol keçib... Sizcə, bu asandır? Asan deyil. Ancaq biz qalib gəldik”, - deyə Belarus lideri bildirib.

A.Lukaşenko belaruslulara koronavirus infeksiyasını “traktor, yüz qram və hamamla” müalicə etmək tövsiyəsini verdiyini xatırladıb:

“Traktorun sağaldacağını deyəndə anlayırdım ki... əkin lazımdır, çünki yeməyə heç bir şey qalmazdı. İnsanları sakitləşdirməyə çalışırdım”.

Belarusda, əksər ölkələrdən fərqli olaraq, koronavirus pandemiyası səbəbindən sərt məhdudiyyətlər tətbiq edilməyib. A.Lukaşenko qərarını iqtisadi səbəblərlə izah edib və dünyada pandemiya ilə bağlı vəziyyəti dəfələrlə “psixoz” adlandırıb.


Son xəbərlər