Лондон
C

Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi salınır - VİDEO

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Ölkədə 100-dən çox qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb. Hazırda Samux rayonunda ilk dəfə olaraq 200 mənzillik yeni yaşayış kompleksi inşa edilir. Bu rayonda 459 ailədən ibarət, ümumilikdə, 1603 nəfər məcburi köçkün məskunlaşıb.

Ürəkaçan olmayan şəraitdə yaşayanların böyük hissəsi Kəlbəcər rayonundan olan məcburi köçkünlərdir. Onların yaşayış şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayan ölkə rəhbərliyi Samuxun Seyidlər kəndində yeni yaşayış kompleksinin salınması istiqamətində işlər aparır.

Dörd hektar ərazidə hər biri dördmərtəbəli olmaqla doqquz yaşayış binası tikilir. Kompleksdəki binalardakı mənzillərin 26-sı bir, 58-i iki, 100-ü üç, 16-sı isə dördotaqlı olacaq.

Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Bütün binaların beton işləri tam başa çatıb, dam örtüklərinin vurulması isə yekunlaşmaq üzrədir. Bununla yanaşı, ərazidə məcburi köçkünlər üçün poçt, tibb məntəqəsi, inzibati bina, klub-icma mərkəzi, eləcə də ikimərtəbəli 50 yerlik uşaq bağçası tikilir.

Layihəyə uyğun olaraq, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində orta məktəb də inşa olunacaq. İkimərtəbəli bu təhsil ocağı 144 şagirdi qəbul etmək potensialında olacaq.

Ərazidə sakinlərin istirahəti və sağlamlığı üçün bütün lazımi şərait yaradılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:


скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев