Nazirlik: “Görüntüləri çəkən əməkdaş ciddi cəzalandırılacaq” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |    

Nazirlik: “Görüntüləri çəkən əməkdaş ciddi cəzalandırılacaq” - VİDEO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin əməkdaşlarının karantin rejimi ilə bağlı Bakıda qurulan postdan keçərkən çəkdiyi görüntülərə münasibət bildirib.

Bununla bağlı nazirlikdən Oxu.Az-ın sorğusuna cavab verilib:


“İranə Əhmədova MMC-nin Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı Poçt Şöbəsinin əməkdaşıdır. Video iş vaxtı qeydə alınmayıb. O, ölkədə elan edilən karantin rejimini kobud şəkildə pozduğuna, eyni zamanda, bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığı üçün ciddi cəzalandırılacaq”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. Həmin görüntülər Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və iki rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 418 27.06.20 16:13